İRNA-nın məlumatına görə, Hüseyn Əmir Abdullahian çərşənbə axşamı səhər Moskvaya gələrkən deyib: Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclasında iştirakdan məqsəd beş sahilyanı ölkə arasında iqtisadi və ticari əməkdaşlığın gücləndirilməsinə səbəb olan məsələlərə diqqət yetirməkdir.
Əmir Abdullahianın sözlərinə görə, bu görüşdə Fələstindəki son hadisələr və sionist rejimin Qəzzə xalqına qarşı cinayətləri də müzakirə olunacaq.
Xarici işlər naziri deyib: Fələstinin Qəzza zolağı və İordan çayının qərb sahili xalqlarına qarşı soyqırımı və müharibə cinayətlərini dərhal dayandırmağın yolları, davamlı humanitar yardımların göndərilməsi üçün humanitar dəhlizin açılması və Qəzza xalqının məcburi miqrasiyasının qarşısının alınması barədə iclasda iştirak edən ölkələrin, xüsusilə ev sahibi Rusiyanın xarici işlər naziri ilə danışıqlar aparılacaq .
Sizin rəyiniz